Bu İstifadə Şərtləri çərçivəsində UNEC MİS internet saytının istifadəçiləri istər ziyarətçi olaraq, istərsə də saytımızda üzvlük hesabı yaradaraq sistemə daxil olaraq UNEC MİS saytına daxil ola bilərlər.
1. Şərtlərin qəbulu-Bu İstifadə Şərtlərinə (bundan sonra “İstifadəçi Müqaviləsi” və ya “Şərtlər” adlandırılacaq) UNEC MİS ünvanında yerləşən bütün digər qaydaları əhatə edir. Sayta daxil olan və ya onun xidmətlərindən faydalanan hər bir İstifadəçi bu
İstifadə Şərtlərində olan bütün qaydalara əməl edəcəyini qəbul etmiş sayılır.
2.İstifadəçinin UNEC MİS saytında qeydiyyatdan keçməsi pulsuz və könüllüdür.
3. Əsas Şərtlər və İstifadəçinin Məsuliyyətləri-Bu İstifadə Şərtləri yalnız Sayt üçün qaydaları əhatə edir. UNEC,UNEC Məzun Məlumat Sistemi və ya İstifadəçilər tərəfindən Sayt vasitəsilə əlaqələndirilmiş internet saytları və ya onların məzmunu ilə bağlı
heç bir öhdəlik və ya məsuliyyət daşımır . Sayt daxilində digər saytlara keçidlə bağlı bütün hərəkətlər istifadəçinin riski və ixtiyarındadır.
4. Məxfilik Şərtləri və Şəxsi Məlumatların Emalı-Azərbaycan Dövlət İqtisad Universiteti Məzun Məlumat Sistemi məlumatları emal etmək və qiymətləndirmək hüququnu özündə saxlayır.
5. İstifadə Şərtlərinə Dəyişikliklər-Azərbaycan Dövlət İqtisad Universiteti Məzun Məlumat Sistemi bu İstifadə Şərtlərini istədiyi kimi dəyişdirə və ya şərtləri müvəqqəti olaraq ləğv edə bilər.Azərbaycan Dövlət İqtisad Universiteti Məzun Məlumat Sistemi
Şərtlərdə dəyişiklik edərsə, yeni İstifadə Şərtləri dəyişiklik tarixindən etibarən bütün istifadəçilərə şamil ediləcək. İstifadəçilərə bu dəyişikliklərlə bağlı lazımi məlumatlar internet səhifəsi vasitəsilə
təqdim olunur.
6.İstifadəçi şifrəsini gizli saxlamağı öz öhdəsinə götürür. İstifadəçi şəxsi elektron ünvanından və şifrədən istifadə ilə hərəkətlərə, həmçinin də İstifadəçinin Şəxsi kabinetində yerinə yetirilən hərəkətlərə görə məsuliyyət daşıyır. İstifadəçi Platformanın
xidmətlərindən yalnız öz şəxsi elektron ünvanı və şifrə vasitəsilə istifadə etmək hüququna malikdir.
7. İstifadəçidə onun öz kabinetinə icazəsiz daxil olma haqqında şübhələnməyə əsaslar varsa, İstifadəçi öz şifrəsini sərbəst dəyişməyi öhdəsinə götürür.